Taekvondoçularımız Avropa çempionatına medalla başladı
07 fevral 2018 11:43 (UTC +04:00)

Taekvondoçularımız Avropa çempionatına medalla başladı

0

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə növbəti klublararası Avropa çempionatına start verilib. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk gün komandamız üçün uğurlu alınıb.

 

Sumqayıt GİN-nin yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub.

 

Qeyd edək ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında gənclərdən ibarət yığmamız 17 idmançı ilə təmsil olunur. Həmçinin respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda qüvvələrini sınayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar