Apasport.az saytının məlumatına görə, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev və Olimpiya çempionu Nazim Hüseynovun iştirak etdiyi görüşə yarışın VIII günündə qızıl medal qazanan taekvondoçu Radik İsayev (+80 kq) qatılıb.
O, MOK rəsmiləri tərəfindən mükafatlandırılıb.
Çingiz Hüseynzadə idmançımızı təbrik edib və Azərbaycanın qazandığı medal sayından məmnun qaldıqlarını deyib.
Daha sonra R.İsayev xüsusi şərəf lövhəsinə imza atıb və ona hədiyyə təqdim olunub.