Taekvondo: Tedeyeva uduzdu, dünya çempionumuzun rəqibi bilindi - YENİLƏNİB
19 iyun 2015 12:10 (UTC +04:00)

Taekvondo: Tedeyeva uduzdu, dünya çempionumuzun rəqibi bilindi - YENİLƏNİB

 

 

Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq. Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

 

Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunacaq və idmançılarımız taekvondo yarışlarında qazandığımız medalların sayını artırmağa çalışacaq.

 

Taekvondo

Kişilər

+80 kq

Yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azaddı. Dünya çempionumuz 1/4 finalda Ali Sarını (Türkiyə) məğlub edən Jeron Vanruiju (Hollandiya) sınağa çəkəcək. Görüş saat 15:15-də başlayacaq.

 

Qadınlar

+67 kq

Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşıb. İlkin mərhələyə təsadüf edən döyüşdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkən təmsilçimiz 2 dəfə hesabda öndə olsa da, yekunda məğlubiyyətə üzülüb – 4:10. Əgər Koniyeva finala yüksələrsə, Tedeyeva bürünc medal uğrunda çıxışını davam etdirəcək.

 

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

**

10:18

Bu gün Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları başa çatacaq.

 

Apasport.az saytının məlumatına görə, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

 

Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunur.

 

+80 kq çəki dərəcəsində yığmamızın lideri Radik İsayev ilkin mərhələdən azad olduğundan 1/4 finalda Jeron Vanruij (Hollandiya) – Ali Sarı (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

+67 kq çəki dərəcəsində 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşacaq. O, ilkin mərhələdə 27 yaşlı ukraynalı Marina Koniyeva ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250

Oxşar yazılar