Şahmat üzrə “Tata Steel Chess” superturnirində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, birgünlük fasilədən sonra bu dəfə ənənəvi məkanda - Veyk-an-Zee şəhərində deyil, Amsterdamda baş tutan hesabat turunda təmsilçimiz Şəhriyar Məmmədyarov ingilis şahmatçı Maykl Adamsla qarşılaşıb.
Ağ fiqurlarla oynayan qrossmeysterimiz nəhayət 5-ci turda ilk qələbəsini rəsmiləşdirib.
“Tata Steel Chess”
V tur
Şəhriyar Məmmədyarov – Maykl Adams – 1:0