Rüştü Rəçbər: “Türkiyə millisi Braziliyanı unutmalıdır”
22 aprel 2013 18:37 (UTC +04:00)

Rüştü Rəçbər: “Türkiyə millisi Braziliyanı unutmalıdır”

0

“Millimizin 2014-cü ildə Braziliyada keçiriləcək final mərhələsinə vəsiqə şansları çox azdır. Riyazi baxımdan, şanslar davam edir. Amma indi hər şey öz əlimizdə deyil”.

Bunu Lent.az-a eksklüziv açıqlamasında futbol üzrə Türkiyə milli komandasının sabiq qapıçısı Rüştü Rəçbər deyib.

 

O bildirib ki, “ay-ulduzlular” hazırkı seçmə tsikldə qalan oyunlarını qələbə ilə başa vursa da, əsas rəqiblərinin xal itirmələrini gözləyəcək. Bu isə çətin ehtimaldır: “Ona görə də qarşıdakı dünya çempionatını unutmaq, 2016-cı il Avropa çempionatına hazırlaşmaq lazımdır”.

 

Qeyd edək ki, Türkiyə milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində D qrupunda yer alıb. 6 turdan sonra “ay-ulduzlular” 7 xalla 4-cü pillədə yer alıblar. Seçmə mərhələnin sonuna 4 tur qalmış Hollandiya 18 xalla 1-ci, Macarıstan 11 xalla 2-ci, Rumıniya isə 10 xalla 3-cü pillədədir. Türkiyəni qarşıda Andorra və Hollandiya ilə ev, Rumıniya və Estoniya ilə səfər görüşləri gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1089

Oxşar yazılar