Rusiya Şatov və Kombarovu itirdi
11 oktyabr 2014 16:40 (UTC +04:00)

Rusiya Şatov və Kombarovu itirdi

0

Rusiya yığmasının futbolçuları Oleq Şatov və Dmitri Kombarov 2016-ci il Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə oyununu zədə səbəbindən buraxacaqlar. Lent.az-ın “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Fabio Kapello mətbuat konfransında məlumat verib.

 

Futbolçular bu axşam komandanın düşərgəsini tərk edəcək.

 

Rusiya-Moldova oyunu oktyabrın 12-də Bakı vaxtilə saat 21.00-da “Spartak” Moskvanın ev oyunlarını keçirdiyi “Открытие-Арена”da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar