Runi Mançester derbisində iştirak edəcək?
30 oktyabr 2014 16:21 (UTC +04:00)

Runi Mançester derbisində iştirak edəcək?

0

“Mançester Yunayted”in aparıcı oyunçularından olan Ueyn Runinin İngiltərə çempionatının 10-cu turunda “Mançester Siti” ilə keçiriləcək matçda iştirak edib-etməyəcəyi sual altında idi. Lent.az-ın məlumatına görə, təkrar tibbi müayinədən sonra 29 yaşlı hücumçunun vəziyyətinə aydınlıq gəlib. Həkimlər Runinin durumunun yaxşı olduğunu bildiriblər. Bu isə o deməkdir ki, təcrübəli forvard Mançester derbisində forma geyinə biləcək. Məşqçilər korpusu da Runinin sözügedən matça kimi tam hazır olacağını bildirib.

Qeyd edək ki, Mançester derbisi noyabrın 2-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 563

Oxşar yazılar