Martın 22-də 2014-cü il dünya çempionatının seçmə qrup matçında İsrail yığması ilə keçirilən oyun zamanı Portuqaliya milli komandasının və İspaniyanın “Real- Madrid” klubunun futbolçusu Kriştiano Ronaldunun təhlükəsizliyi xüsusi qorunub.
Lent.az-ın Portuqaliya Futbol Federasiyasına yaxın mənbələrdən əldə etdiyi məlumata görə, İsrail təhlükəsizlik qüvvələri futbolçunun qorunması üçün 12 mühafizəçi ayırıb.
Buna səbəb Ronaldunun Qəzza hadisələri zamanı zərər çəkən fələstinlilərə yardım etməsi olub.
Qeyd edək ki, İsrail-Portuqaliya matçı 3:3 hesablı heç-heçə ilə nəticələnib. Kriştiano Ronaldu növbəti sarı vərəqə aldığı üçün Azərbaycanla martın 26-da keçiriləcək görüşdə cəzalı duruma düşüb.