Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu AVRO-2016-nın seçmə mərhələsində Ermənistanla görüşdə 23-cü qoluna imza atıb.
Matçın 72-ci dəqiqəsində fərqlənən Ronaldo yeni rekordu müəyyənləşdirib.
Daha əvvəl bu rekord isə danimarkalı hücumçu Yon-Dal Tommason və Türkiyə millisinin sabiq üzvü Hakan Şükürə məxsus idi. Artıq futbolçu karyeralarını başa vuran hər iki oyunçu 22 dəfə fərqlənməyi bacarmışdılar.
Hazırda Ronaldoya İrlandiya yığmasının forvardı Robbi Kin (21) və almaniyalı futbolçu Miroslav Kloze (19) çata bilər.
Bundan başqa, Kriştianu ermənilərin qapısından keçirtdiyi topla tarixə düşüb. O, peşəkar karyerasında 450-ci qoluna imza atıb. 29 yaşlı hücumçu bu qolların 703-ünü formasını geyindiyi klubların heyətində fərqlənib.