Məşhur braziliyalı futbolçu Ronaldinyo özəl həyatına dair açıqlamalar verib. Lent.az-ın məlumatına görə, yerli mətbuata danışan “sambaçı” ilk dəfə 13 yaşında ikən qonşusu ilə cinsi əlaqədə olduğunu deyib.
“Çox gözəl idi” deyən Ronaldinyonun fikrincə, oyunlardan öncə seks futbolçunu rahatladır. Lakin 33 yaşlı hücumçu artıq nişanlı olduğunu və gələcək həyat yoldaşına sədaqətsizlik etmədiyini açıqlayıb.
Qeyd edək ki, hazırda Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edən Ronaldinyonun Türkiyə “Beşiktaş”ına keçidi gündəmdədir.