<span style="color:red;">Rio-2016:  iki gündə 4 dünya rekordu
15 avqust 2016 11:08 (UTC +04:00)

Rio-2016: iki gündə 4 dünya rekordu

Rio-2016-nın son iki günündə daha 4 dünya rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, velosiped idmanı, üzgüçülük və atletikada tarixi nəticələr əldə olunub.

 

Velosipedçilərin trek yarışında eyni növdə rekord iki dəfə yenilənib. Qadın komandaların yürüşündə ABŞ millisi finişə 4 dəqiqə 12,282 saniyəyə çatıb. Lakin bu dünya rekordunun ömrü uzun olmayıb. Böyük Britaniya yığması bu nəticəni daha da yaxşılaşdırıb – 4.10,236.

 

Amerikalı üzgücü Rayan Merfi brass üsulu ilə 100 m məsafəyə üzməkdə 51,85 saniyə nəticə ilə tarixə düşüb. Atletikanın 400 m məsafəyə qaçış növündə Ueyd van Nikerk yeni rekorda imza atıb. CAR-dan olan atlet 43,03 saniyə nəticəyə imza atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar