Ramil Şeydayev “Trabzonspor”da həm də “Ləzginka” oynayır - FOTO
07 avqust 2016 16:51 (UTC +04:00)

Ramil Şeydayev “Trabzonspor”da həm də “Ləzginka” oynayır - FOTO

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni klubu “Trabzonspor”da mövsümə hazırlığı çox maraqlı keçir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Macarıstanda hazırlıq keçən “qaradənizlilər”in məşqlərində maraqlı viktorinalar da olur.

 

Belə ki, baş məşqçi Ersun Yanal hazırlıq zamanı səhv edən oyunçuları “Kolbastı” oynamaqla “cəzalandırır”. Ancaq legioner oyunçular öz milli rəqslərini oynayaraq da “cəzaları”nı ödəyə bilərlər.

 

Yeni transferlər amerikalı, afrikalı və braziliyalı oyunçuların milli rəqsləri ilə yanaşı Şeydayevin ifa etdiyi Qafqaz rəqsləri də komanda yoldaşları tərəfindən maraqla qarşılanıb.

 

Qeyd edək ki, Azərbaycan millisində oynaması üçün FİFA tərəfindən rəsmi icazə verilən Ramil Şeydayev “Zenit”dən ayrıldıqdan sonra “Trabzonspor”la müqavilə imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

ApaSport TV

Oxşar yazılar