Azərbaycan günün 3-cü, oyunların <span style="color:red;">6-cı QIZIL MEDAL ını qazandı - <span style="color:red;">YENİLƏNİB
14 iyun 2015 20:18 (UTC +04:00)

Azərbaycan günün 3-cü, oyunların 6-cı QIZIL MEDALını qazandı - YENİLƏNİB

0

75 kq çəki dərəcəsində yunan-Roma güləşi üzrə milli komandamızın üzvü Elvin Mürsəliyev qızıl medal qazanıb.  Lent.az-ın məlumatına görə, o, final qarşılaşmasında serbiyalı idmançı Viktor Nemeslə üz-üzə gəlib. Qarşılaşma hesabı ilə pəhləvanımız xeyrinə başa çatıb. 

 

Qeyd edək ki, Elvin Mürsəliyev ilk mərhələdə Slovakiyalı Riçard Riqonu 8-0 hesabı ilə  qalib gələrək  1/8 finala yüksəlib. Bu mərhələdə İonel Puskasu  ilə gücünü yoxlayan pəhləvanımız yoluna davam edib - 2:2. Mürsəliyev 1/4 finalda daha güclü - rusiyalı Çingiz Labazanovla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma yenə Elvinin 4-2 xeyrinə başa çatıb . O, yarımfinal qarşılaşmasında gürcüstanlı idmançı  Zurabi Datunaşivli güləşib. Qarşılaşma 3-2 hesabı ilə həmyerlimizin qələbəsi ilə başa çatıb.

 

Bununla da Azərbaycan millisi Avropa Oyunlarında qazandığı medalların sayını 12-yə çatdırıb.

**

19:03

+84 kq çəki dərəcəsindəki karateçimiz Ayxan Mamayev qızıl medal qazanıb . Lent.az-ın məlumatına görə, o, final qarşılaşmasında yunanıstanlı Georgios Tzanos Michail üz-üzə gəlib. Qarşılaşma 2-1 hesabı ilə nəticələnib.

 

Qeyd edək ki, Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.

 

Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb.

***

Qadın karateçimiz İrina Zaretska qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə İrina Zaretska finalda avstiryalı Teresa Alisa Bukingerlə qarşılaşıb. Hesab 8-1 hesabı ilə həmyerlimizin xeyrinə başa çatıb. 

 

Qeyd edək ki,  19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.

İrina  yarımfinal qarşılaşmasında Monteneqro idmançısı Marina Morkoviçlə üz-üzə gəlib. Hesab 1-0 hesabı ilə həmvətənlimizin xeyrinə olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar