Putin "Atletlər kəndi"ndə rusiyalı idmançılarla görüşüb
14 iyun 2015 19:16 (UTC +04:00)

Putin "Atletlər kəndi"ndə rusiyalı idmançılarla görüşüb

0

 

 

Rusiya Federasiyasını prezidenti Vladimir Putin Azərbaycana işgüzar səfəri çərçivəsində iyunun 13-də Bakıda Atletlər kəndində olub.

 

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, V. Putin burada I Avropa Oyunlarında iştirak edən Rusiya yığma komandasının üzvləri ilə söhbət edib, onlara uğurlar arzulayıb.

 

Öz növbəsində, rusiyalı idmançılar ölkə başçısına I Avropa Oyunlarının xatirə medalını və komandanın formasını təqdim ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar