İdmançımızın olimpiadadan kənarda qalma səbəbi açıqlandı - <span style="color:red;">YENİLƏNİB
05 fevral 2014 17:09 (UTC +04:00)

İdmançımızın olimpiadadan kənarda qalma səbəbi açıqlandı - YENİLƏNİB

Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva da Sedrik Notsun 2014-cü il Soçi Qış Olimpiadasından kənarlaşdırılmasına tam aydınlıq gətirib. Nurullayeva Lent.az-a bildirib ki, Beynəlxalq Xizəksürmə Federasiyası (FİS) slalom yarışlarında iştirak üçün hər bir ölkəyə kvota ayırır.

 

Azərbaycana isə bu növdə 1 kişi, 1 qadınla təmsil olunmaq icazəsi verilib. Qadınların mübarizəsinə Qaya Bassani Antivari qatılacaq. Kişilərin yarışında isə Patrik Braxnerə üstünlük verilib. Nurullayevanın sözlərinə görə, səbəb Braxnerin son beynəlxalq yarışlarda Notsdan daha yaxşı çıxış etməsi olub.

 

Nümayəndə heyətinin rəhbəri həm qadın, həm də kişi xizəkçimizin 2 növdə - slalom və nəhəng slalom üzrə mübarizə aparacağını əlavə edib. 

 

***

13:31

 

2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməli olan Sedrik Nots heyətdən kənarlaşdırılıb. Bu barədə Lent.az-a Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

 

Hüseynzadənin sözlərinə görə, səbəb Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tələbləri olub. Həmin tələblərə əsasən, olimpiadada dağ xizəkçiliyinin slalom növündə eyni ölkəni 2 idmançı təmsil edə bilməz. Azərbaycan təmsilçilərindən isə bu növ üzrə kişilərin mübarizəsində Patrik Braxner də mübarizə aparmalıdır. İOC-un tələbinə əsasən, 2 dağ xizəkçisi arasında seçim aparılıb və Soçiyə Braxnerin yollanması daha məqsədəuyğun sayılıb. Dağ xizəkçiliyi növündə qadınların mübarizəsinə isə Qaya Bassani Antivari qatılacaq. Beləliklə, XXII Qış Olimpiya Oyunlarında ölkəmizi 5 yox, 4 idmançı təmsil edəcək. Braxner və Antivaridən əlavə, fiqurlu konkisürmə növündə Aleksey Sitnikov – Yuliya Zlobina dueti də mübarizə aparacaq.   

 

Qeyd edək ki, Sedrik Nots İsveçrədə doğulsa da, Bakıda çalışıb. 40 yaşlı dağ xizəkçisi 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında da yer alıb. O, nəhəng slalom növündə 72-ci yeri tutub, slalomda isə finişə çata bilməyib.

 

22 yaşlı Patrik Braxner Avstriyada doğulub və 2010-2011-ci il mövsümündə Azərbaycanı təmsil etməyə başlayıb. O, ötən ilin fevralında dünya çempionatında slalom üzrə 37-ci yeri tutaraq, Soçi olimpiadasına ilk lisenziyanı qazanıb.

 

Qaya Bassani Antivariyə gəldikdə, 36 yaşlı italiyalı legioner 2010-cu il Vankuver olimpiadasında nəhəng slalom yarışlarında 57-ci olub, slalom növündə isə finişə çata bilməyib.

 

Fiqurlu konkisürmənin rəqs proqramında yer alan rusiyalı Aleksey Sitnikov – Yuliya Zlobina dueti isə 2010-cu ildən Azərbaycanı təmsil edirlər. Onlar 2013-cü ilin martında keçirilmiş dünya çempionatında Soçi olimpiadasına lisenziya qazanıblar. Ötən ilin dekabrında isə 28 yaşlı Sitnikovla 25 yaşlı Zlobinadan ibarət cütlük Qış Universiadasında gümüş medala sahib olub. Olimpiadada məhz bu duetin yüksək yerlər uğrunda mübarizə aparacağına daha böyük ümid bəslənilir.

# 4496
avatar

Oxşar yazılar

Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32