Mourinyo Dieqo Kostanın transferini təsdiqlədi
15 iyun 2014 17:06 (UTC +04:00)

Mourinyo Dieqo Kostanın transferini təsdiqlədi

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo “Atletiko”nun hücumçusu Dieqo Kostanı komandasında görmək istədiyini təsdiqləyib. Lent.az-ın məlumatına görə, goal.com-a açıqlamasında məşqçi bildirib ki, klub rəhbərliyindən İspaniya millisinin oyunçusuyla danışıqlar aparmasını xahiş edib: “Kosta mənim “Çelsi”yə gətirmək istədiyim futbolçudur. İnanıram ki, onu klubumuza gətirib müqavilə imzalaya biləcəyik”.

Xatırladaq ki, İspaniya və İngiltərə mətbuatı artıq tərəflərin razılığa gəldiyini və dünya çempionatından sonra rəsmi müqaviləyə imza atacaqlarını yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar