Moskvada Avropa Oyunlarına həsr olunan tədbir keçirib
11 iyun 2015 21:07 (UTC +04:00)

Moskvada Avropa Oyunlarına həsr olunan tədbir keçirib

0

Rusiya paytaxtında Bakıda keçiriləcək I Avropa oyunlarına həsr olunan təntənəli mərasim keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil olunan mərasimdə Beynəlxalq Ticarət Mərkəzinin baş direktoru, Baybakov Fondunun prezidenti Valeri Serov, Rusiya Elmlər Akademiyasının Geoloji İnformasiya Mərkəzinin direktoru, Sovet İttifaqı qəhrəmanı Valentin Lebedev, Rusiya Veteranlar Partiyasının sədri İldar Rezyapov, Rusiya Federasiyası Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev, Rusiya neft-qaz sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal, Rusiya Xarici Ticarət Palatasının müşaviri Yuri Şedrin, Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev bildirib ki, 2015-ci ilin 12 iyun tarixi çox əlamətdar bir gündür: "Bu tarixdə rusiyalılar "Rusiya Günü"nü qeyd edirlər. Rusiya Günü bu ölkədə yaşayan xalqların birliyinə, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin birliyinə nümunədir. Biz çox fərqliyik, bizim müxtəlif arzularımız, maraqlarımız və taleyimiz var. Lakin bizi Rusiyada-zəngin keçmişi və aydın gələcəyi olan ölkədə yaşamağımız birləşdirir. Sevindiricidir ki, Azərbaycanla Rusiya arasında dövlətlərarası əlaqələr günü-gündən möhkəmlənir və inkişaf edir".

 

İlqar Hacıyev 12 iyun tarixinin Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu söyləyib: "İyunun 12-də tarixdə ilk dəfə olaraq Avropa oyunları keçiriləcək və bu möhtəşəm idman bayramına ilk olaraq Bakı ev sahibliyi edəcək".

 

ÜAK rəsmisi Azərbaycan prezidenti İlham Əliyevin bu layihənin həyata keçirilməsində xüsusi rolunun olduğunu söyləyib: "Bu gün İlham Əliyev dünyada elə bir yüksəkliyə və hörmətə sahibdir ki, hər bir azərbaycanlı tarixi bununla qurur hissi duyur. Azərbaycanın bu uğurlarının yeni şahidi 12 iyun tarixində başlayacaq Avropa Oyunları olacaq. Bu bizim üçün nailiyyət bayramıdır - bizim vaxtı ilə harada olduğumuzu, indi isə harada və necə olduğumuzu göstərəcək. Avropa olimpiyaçıları bir neçə il bundan qabaq tarixdə il dəfə Avropa oyunlarını Bakının keçirə biləcəyi qərarına gəldilər. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan qarşısına qoyulan bu tapşırığın öhdəsindən gələ bildi".

 

Tədbirdə çıxış edən Valeri Serov, Valentin Lebedev, İldar Rezyapov, Həsən Mirzəyev, Gennadi Şmal və Yuri Şedrin Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafından məmnunluq duyduqlarını, hər iki ölkənin xalqlarını bir-birinə bağlayan sıx tellərin olduğunu qeyd ediblər.

 

Mərasim Azərbaycan və Rusiya incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar