Makedoniya ilə hazırlıq oyunu keçirən yığmamızın görüşü bir neçə dəqiqə gecikmə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb oyunun keçirildiyi “Mardan Arena”nın projektorlarının gec yanması olub.
Havanın alatoran olduğunu nəzərə alan baş hakim Halis Özkahya start fitini səsləndirməmişdən öncə süni işıqlandırmanın qoşulmasını tələb edib.
Yalnız işıqlar yandıqdan sonra qarşılaşma başlayıb.
Qeyd edək ki, matç 1:1 hesablı bərabərliklə başa çatıb.