FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qarşılaşacağı sonuncu komanda müəyyənləşib. Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək.
Qarşılaşmaya yanvarın 12-də, yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00), Peterburqski İdman-Konsert Kompleksində start veriləcək. (affa.az)