Millimiz Avropa Çempionatı ilə vidalaşdı
28 sentyabr 2015 23:48 (UTC +04:00)

Millimiz Avropa Çempionatı ilə vidalaşdı

0

Qadın voleybolçular arasında keçirilən Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, III turun qarşılaşmaları pley-off mərhələsinin iştirakçılarının tam siyahısına aydınlıq gətirəcək.

 

Belçikanın Antverpen şəhərində, B qrupunda çıxış edən Azərbaycan millisi qrupdakı son oyununda Macarıstanla üz-üzə gəlib. İlk iki turda quru hesabla uduzan autsayderlərin matçı pley-offa vəsiqənin sahibini müəyyənləşdirib.

 

Həm Belçika, həm də Türkiyə ilə qarşılaşmalarda set qazanmağı bacarmayan komandamız medallar uğrunda mübarizədən qopmamaq üçün mütləq qalib gəlməli idi.

 

Ancaq voleybol millimiz bu dəfə azarkeşlərini sevindirə bilməyib. Yığma komandamız ilk iki görüşdə olduğu kimi bu dəfə məğlub olub - 1:3.

 

Bu nəticədən sonra Azərbaycan millisi Avropa Çempiponatı ilə vidalaşmalı olub.

 

Avropa çempionatı, final mərhələsi

 

B qrupu, III tur

 

28 sentyabr

 

Azərbaycan – Macarıstan - 1:3 (16:25, 28:26, 22:25, 16:25)

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 401

Oxşar yazılar