"San-Paulo"nun braziliyalı yarımmüdafiəçisi Kaka arvadı Karolina Selikodan ayrılmağa qərar verib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, onlar 9 illik evlilik həyatından sonra boşanmağa qərar veriblər.
32 yaşlı futbolçunun Karolinadan iki uşağı - 6 yaşlı oğlu Luka və 3 yaşlı qızı İzabella var.
Bildirilir ki, cütlüyün ayrılmasına təsir etmiş ən əsas səbəblərdən biri Karolinanın ABŞ köçmək istəməməsi olub.
Xatırladaq ki, Kaka MLS klubu "Orlando" ilə müqavilə imzalayıb, 2015-ci il martına qədər "San-Paulo" da icarə qaydasında çıxış edəcək.