Futbol ulduzları təkcə göstərdikləri oyunla yox, bəzən saç düzümləri və seçdiyi forma nömrələri ilə də diqqət çəkirlər. Lent.az sizə forma nömrələri ilə bağlı maraqlı məqamları təqdim edir:
0 - Hişam Zerouali
1999-2002-ci illərdə “Aberdin” forması geyinən mərakeşli Zerouali, adındakı “Zero”ya (ingiliscə sıfır mənasını verir) görə 0 nömrəli formanı geyinirdi.
1 – Edqar Davids
“Barnet”də oynayan məşqçi funksiyasını yerinə yetirən Edqar Davids qapıçı Qraham Stekdən 1 nömrəli formanı alaraq, özü geyməyə başlamışdı.
2 – Ossie Ardiles
DÇ-1978-də 2 nömrəli formanı geyinən argentinalı yarımmüdafiəçi Ardiles səbəbini belə izah edir: “Komandada nömrə davası gedirdi. Buna görə də, baş məşqçi Menotti nömrələri soyadlarımızın əlifba sıralaması ilə bölüşdürdü. Beləcə mənə 2 nömrəli forma düşdü”.
10 – Uilyam Qallas
Denis Berqkampın “Arsenal”dan gedişindən sonra boş qalan “10 nömrə” Uilyam Qallasın olmuşdu. Arsen Venger həmin formanı müdafiəçiyə verərək, “Arsenal”a yeni “10 nömrə” gəlməlidir” deyənlərə cavab vermişdi.
16 – Paulo Futre
“Vest Hem”ə transfer olunanda rəhbərlikdən 10 nömrəli formanı istəyən Futre “yox” cavabı alır. Ona “16 nömrəli formanı geyinməlisən” deyilsə də, futbolçun bununla razılaşmır. Dərhal vəkilini işə qoşan Futre 100 min funt qarşılığında “10 nömrə”ni alır.
52 – Niklas Bendtner
2009-10 mövsümündə “Arsenal”da 26 nömrəli formada çıxış edən danimarkalı hücumçu birdən-birə 52-yə keçdi. Hələ də Bendtnerin bu addımının səbəbi bəlli deyil.
69 – Bixsent Lizarazyü
Fransız müdafiəçi “Bavariya”dakı ikinci dönəmində 69 nömrəli formanı seçdi. O, seçimini boyunun 1.69 metr, çəkisinin 69 kq, doğum ilinin isə 1969 olması ilə əlaqələndirdi.
80 – Ronaldinyo
“Milan”da 10 nömrəli forma Klarens Zedorfa aid olduğundan, Ronaldinyo 80-i seçməli olmuşdu. Xatırladaq ki, braziliyalı futbolçu 1980-ci ildə doğulub.