Klopp Kaqavaya əsəbiləşdi
03 noyabr 2014 19:59 (UTC +04:00)

Klopp Kaqavaya əsəbiləşdi

“Borussiya” Dortmund klubunun baş məşqçisi Yurgen Klopp məşqdə oyunçulara qarşı etdiyi sərt hərəkətlər ilə medianın diqqətini çəkib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Yurgen Klopp Çempionlar Liqasının 3-cü turunda qarşılaşacaqları “Qalatasaray”la oyundan əvvəl keçirilən son məşqdə Şinci Kaqavaya əsəbiləşib. 47 yaşlı mütəxəssis yapon futbolçunu sərt sözlərlə tənqid edərək onun yaxasından dartmağa başlayıb.

 

Bu mövsüm Almaniya bundesliqasında oynadığı 10 oyunda 2 qələbə və 1 heç-heçə əldə edən Dortmund klubu 7 oyunda meydanı başı aşağı tərk edib. Yerli media 2008-ci ildən kluba rəhbərlik edən Yurgen Kloppu sərt formada tənqid edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869
avatar

Oxşar yazılar