Dortmund “Borussiya”sının futbolçusu İlkay Gündoğan “Bavariya”ya keçməyə yaxındır.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Bildirilir ki, xeyli müddətdir adı “Barselona” ilə hallanan tük əsilli yarımmüdafiəçi Münhen klubuna transfer olmaq üzrədir.
Almaniyanın Bild qəzeti də Gündoğanın “Bavariya” ilə razılıq əldə etdiyini yazıb.
Qeyd edək ki, ötən gün İspaniya mətbuatı “Barselona”nın Gündoğanı transfer edəcəyi ilə bağlı xəbər yaymışdı.