"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının XXVI turunda "Liverpul"la qarşılaşmada komandasını məğlubiyyətdən xilas edib.
Apasport.az saytının məlumatına görə, qarşılaşmanın son saniyələrində penaltidən londonlulara 1 xal qazandıran (2:2) ulduz futbolçu bombardirlər yarışında zirvədəki yerini qoruyub.
Cari mövsümdə aktivindəki qolların sayını 22-yə yüksəldən Keyn ümumilikdə isə Premyer Liqada 100-cü topunu vurub. O, bu göstəriciyə 141-ci matçında çatıb.
Keyn Premyer Liqa tarixində 100 qol həddinə ən tez çatan ikinci oyunçu olub. O, bu baxımdan yalnız Alan Şirerdən (124 oyunda) geri qalır.