“Mövsümün sonunda rəhbərliklə söhbətimiz olacaq. Mən burda nəsə etməyə çalışıram. Yox, gördüm heç nə alınmır, sakitcə, problem yaratmadan çıxıb gedəcəyəm”. Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri “Trabzonspor”un baş məşqçisi Vahid Halilodziç Avropa Liqasında qarşılaşacaqları “Lokeren” matçından əvvəl keçirdiyi mətbuat konfransında səsləndirib.
V.Halilodziç mətbuat konfransında jurnalistlərə bu gün telefonuna iki transfer təklifinin gəldiyini də bildirib: “Trabzonspor”da aldığımdan üç qat artığını təklif edirlər”.