Dünyanın ən məşhur futbolçuları Ebola virusuna qarşı aksiya keçiriblər.
APA-nın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aksiyada Kriştianu Ronaldo, Qaret Beyl (“Real” Madrid), Neymar, Xavi Ernandes, Jerar Pike (“Barselona”), Didye Droqba (“Çelsi”) daxil olmaqla 10 futbolçu və “Bavariya” klubunun baş məşqçisi Pep Qvardiola iştirak edib.
Aksiya “Birlikdə Ebolaya qalib gələk!” şüarı altında baş tutub. Futbol ulduzları video müraciətlərində Ebola virusunun yaratdığı təhlükələrdən, xəstəliyə yoluxmamaq üçün ehtiyat tədbirlərdən bəhs ediblər.