FİFA-nın keçmiş vitse-prezidenti beynəlxalq axtarışa verildi
03 iyun 2015 01:44 (UTC +04:00)

FİFA-nın keçmiş vitse-prezidenti beynəlxalq axtarışa verildi

İnterpol  FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq məlumat təşkilatın saytında dərc edilib.    

 

Məlumata görə, “pulların yuyulması”, dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunan FİFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.   

 

Qeyd edək ki, ötən həftə FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214

Oxşar yazılar