Sürixdə FİFA-nın Konqres zalının yerləşdiyi binaya bomba qoyulduğu ilə bağlı məlumat yayılıb. Apasport.az saytı xəbər verir ki, informasiyanı alan kimi polis dərhal işə başlayıb.
Belə ki, səhər saat 11:00 radələrində polisə belə məlumat daxil olduqdan sonra xüsusi təyinatlı dəstələr həmin binada axtarışa başlayıblar.
Dərhal jurnalistlərə binanı tərk etmələri tapşırılıb. Ancaq media nümayəndələrinə bunun əsl səbəbi açıqlanmayıb. Jurnalistlərə bildirilib ki, onlar oturacaqların təmizlənilməsi üçün müvəqqəti olaraq, binadan çıxarılırlar.
Qeyd edək ki, bu gün FİFA-nın növbəti prezident seçkisi keçirilir.