<b>Erməni əslli rus idmançı</b>: "Bakıda qazandığım medal karyeramda ilk belə dəyərli mükafatımdır"
14 iyun 2015 10:57 (UTC +04:00)

Erməni əslli rus idmançı: "Bakıda qazandığım medal karyeramda ilk belə dəyərli mükafatımdır"

 Bu qazanılan medallara böyük əmək sərf olunub. Uğurda həm özümüzün, həm məşqçilərimizin payı böyükdür".

 

Bu barədə apasport.az saytına yunan-Roma güləşi üzrə Rusiya millisinin erməni əsilli üzvü Stepan Maryanyan deyib.

 

"Bakı-2015" I Avropa Oyunlarında 59 kq çəki dərəcəsində çempion titulunu qazanan pəhləvan yarış haqda fikirlərini açıqlayıb. O, bildirib ki, Avropa Oyunlarının çempionu titulu onun karyerasında ən böyük uğurdur: "Hər şeyi bu qələbəyə sərf etmişik. Mənə azarkeşlik edən, dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu dəstəyə görə çox sağ olun. Bakıda qazandığım medal karyeramda ilk belə dəyərli mükafatımdır. Hələlik bu uğur mənim ən böyük nailiyyətimdir. Qızıl medalı atama həsr edirəm. Ona olimpiya çempionluğu söz vermişdim. Hələlik Avropa Oyunlarının qızılını qazandım. Ümid edirəm ki, Olimpiadada eyni medalı qazanacağam”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar