Əfsanəvi futbolçu baş məşqçi oldu
25 dekabr 2014 03:29 (UTC +04:00)

Əfsanəvi futbolçu baş məşqçi oldu

Zdenek Zemanla yollarını ayıran "Kalyari" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, A Seriya təmsilçisini Canfranko Zola çalışdıracaq.

 

Klubdan verilən açıqlamaya görə 48 yaşlı mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Zolanın son komandası İngiltərənin aşağı divizion təmsilçisi "Uotford" klubu olub.

 

Qeyd edək ki, "Kalyari" A Seriyasında geridə qalan 16 turdan sonra 12 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 138
avatar

Oxşar yazılar