DÇ-2018-də penaltilər üzrə yeni rekord qeydə alınıb.
APA-nın məlumatına görə, ötən axşam Portuqaliya-İran matçında sayca 19-cu penalti təyin edilib.
Hakim VAR (Video Assistant Referee) sistemindən istifadə edərək 11 metrlik cərimə zərbəsi təyin edib.
Bununla da penaltilər üzrə Dünya Çempionatlarının rekordu yenilənib. Bundan əvvəl 1990-cı ildə İtaliyada, 1998-ci ildə Fransada və 2002-ci ildə Cənubi-Koreya və Yaponiyada keçirilən turnirlərdə hakimlər 18 dəfə penalti təyin ediblər.
Qeyd edək ki, DÇ-2018-də futbolçular 19 penaltidən yalnız 14-ü dəqiq yerinə yetirə bilib.