Cengiz qol vurdu, Türkiyə tarixinə düşdü
22 fevral 2018 10:42 (UTC +04:00)

Cengiz qol vurdu, Türkiyə tarixinə düşdü

Türkiyə yığmasının futbolçusu Cengiz Ündər tarixə düşüb. Apasport.az saytı xəbər verir ki, o, buna Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Şaxtyor”la səfər matçında nail olub.

 

Donetsk təmsilçisi ilə qarşılaşmada hesabı açan Cengizin bu qolu Türkiyə futbolu üçün əlamətdar olub. Belə ki, yarımmüdafiəçi ÇL-də fərqlənən ən gənc türkiyəli oyunçu ünvanına sahib çıxıb.

 

Ündər 20 yaş, 7 ay, 7 günlüyündə Avropanın ən mötəbər klub turnirində qol hesabını açıb.

 

Qeyd edək ki, oyun “Roma”nın 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu komandalar arasındakı cavab matçı isə martın 13-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar