Çempionlar Liqasının 8 oyununda 40 qol vuruldu
22 oktyabr 2014 05:10 (UTC +04:00)

Çempionlar Liqasının 8 oyununda 40 qol vuruldu

0

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ilk günü turnirin keçirildiyi tarix ərzində ən məhsuldar oldu.

 

Lent.az-ın məlumatına görə, 8 oyunda komandalar 40 qol vurdu, yəni orta hesabla bir oyunda 5 dəfə top qapılardan keçdi.

 

Ən çox qol “Roma”-“Bavariya” oyununda qeydə alınıb (1:7), ən az - APOEL – PSJ qarşılaşmasında (0:1).

 

1997-ci ilin oktyabrında Çempionlar Liqasında bir gün ərzində 44 qol vurulsa da (bir oyuna 3,67), bu 12 oyuna təsadüf etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1202

Oxşar yazılar