Cavid Qurbanov himn yazdı <span style="color:red;">- MƏTN
20 oktyabr 2014 15:40 (UTC +04:00)

Cavid Qurbanov himn yazdı - MƏTN

0

"Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov prezidenti olduğu "Azəryol" voleybol klubu üçün himn yazıb. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, himnin musiqisi tanınmış bəstəkar, xalq artisti Eldar Mansurova məxsusdur.

 

Himnin mətnini təqdim edirik: 

Uzağı yaxın edər-

Rəvandır yollarımız.

Sahillər birləşdirən

Körpülər qollarımız.
Qələbəyə aparar

Vətən övladlarımız.


Şan-şöhrətli ölkəmə

Bəlli uğurlarımız,

Birinci ol, qalib ol-

Azəryol-Azəryol!


Bayrağını sancdığın

Bu zirvələr sənindir.

Qazandığın qələbə,

Hər uğur vətənindir-

Yurdumun torpağında

Kök atıb bitənindir.
 

Azərbaycan adıyla

Sən həmişə qalib ol-

Azəryol... Azəryol!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3066

Oxşar yazılar