Bu klub avrokuboklarda iştirakdan məhrum edildi
07 iyun 2016 01:01 (UTC +04:00)

Bu klub avrokuboklarda iştirakdan məhrum edildi

0

UEFA Albaniyanın “Skenderbeu” klubunu növbəti mövsümdə avrokuboklarda iştirakdan məhrum edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, klub Albaniya çempionatı və avrokuboklarda danışılmış oyunların təşkilində şübhəli bilinir.

 

Mayın sonunda UEFA bukmekerlər, azarkeşlər və KİV-lərdən əldə edilən məlumatlar əsasında klub barəsində araşdırmaya başlayıb. Bütün ittihamları rədd edən “Skenderbeu” rəhbərliyi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar