Boksçumuz Avropa çempionatında 1/8 finala yüksəldi
09 mart 2019 22:40 (UTC +04:00)

Boksçumuz Avropa çempionatında 1/8 finala yüksəldi

 
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir. ONA-nın məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.
Təmsilçilərimizdən Nicat Həsənov (69 kq) Saymonas Banislə (Litva) üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb - 3:2 (28:29, 29:28, 29:28, 27:30, 30:27). 
75 kq çəki dərəcəsində rinqə çıxan Amin Kuşkov isə eyni hesabla qalib gəlib. O, belçikalı Proton de la Şappel Lakelonu 3:2 (28:29, 30:27, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. Boksçumuz 1/8 finalda rusiyalı Aleksey Semikinlə döyüşəcək. Qarşılaşma martın 11-nə təsadüf edəcək. 
Qeyd edək ki, martın 10-da millimizin 3 üzvü rinqə çıxacaq. Ruslan Rüstəmov (60 kq) israilli Bişar Sabbarla, Bəxtiyar Qazıbəyov (64 kq) ispaniyalı Adrian Kreusla və Cəbrayıl Yelekov (81 kq) moldovalı Dmitri Koskyuqla gücünü yoxlayacaq. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775
avatar

Oxşar yazılar