FİFA-nın hazırkı prezidenti Yozef Blatter yenidən qurumun rəhbəri seçilib.
APA-nın məlumatına görə, Blatterin yeganə rəqibi, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn səsvermənin ikinci turunda iştirak etməkdən imtina edib.
Səsvermənin birinci turunda Y.Blatter 133 səs toplayıb.
Xatırladaq ki, bu gün İsveçrənin Sürix şəhərində təşkilatın konqresi çərçivəsində FIFA prezidenti vəzifəsinə seçkilər keçirilir.