Apasport.az saytının məlumatına görə, Heydər Əliyev İdman Arenasında keçirilən ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşəcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvan yarışır.
59 kq çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 3:1 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.
Onun növbəti mərhələdə rəqibi norveçli Stiq-Andre Berqdir.
98 kq çəkidə isə 20 yaşlı Orxan Nuriyev təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1.
Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşəcək.