Azərbaycan klublarının qənimindən ardıcı 9-cu çempionluq
23 aprel 2014 10:47 (UTC +04:00)

Azərbaycan klublarının qənimindən ardıcı 9-cu çempionluq

Zaqrebin “Dinamo” komandası vaxtından əvvəl Xorvatiya çempionatının qızıl medalını təmin edib. Lent.az-ın məlumatına görə, bu, “Dinamo”nun ardıcıl 9-cu və tarixi ərzində 19-cu çempionluğu olub.

 

Ötən gün “göy-ağlar” evdə “Xrvatski Draqovolyats”ı 5:0 hesabı ilə darmadağın edərək, sona 4 tur qalmış ən yaxın izləyicisi “Rieka”nı 14 xal geridə qoyublar. Hazırda baş məşqçi Zoran Mamiçin komandasının 77 xalı var.

 

Qeyd edək ki, Zaqreb “Dinamo”su Çempionlar Liqasında Azərbaycanın 2 komandasına rəqib olub. 2007-2008-ci il mövsümündə “Xəzər Lənkəran”la I təsnifat mərhələsində üz-üzə gələn “Dinamo” hər iki oyunun əsas vaxtını 1:1 hesablı heç-heçə ilə başa vursa da, əlavə vaxtda qələbəyə nail olub – 3:1. 2011-2012-ci il mövsümündə isə Zaqreb komandası II təsnifat mərhələsində “Neftçi”ni evdə 3:0 hesabı ilə yenib və Bakıda heç-heçəyə nail olub – 0:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764
avatar

Oxşar yazılar