Azərbaycan həqiqətləri Latviya KİV-lərində təbliğ edildi
18 iyun 2015 03:36 (UTC +04:00)

Azərbaycan həqiqətləri Latviya KİV-lərində təbliğ edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Dan” Beynəlmiləlçi Gənclər ictimai birliyi Azərbaycan həqiqətlərinin Latviya KİV-lərində təbliğinin təşkili adlı layihəsini sona çatdırıb.

 

“Dan” Beynəlmiləlçi Gənclər ictimai birliyindən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində Latviya kütləvi informasiya vasitələrində Azərbaycan və azərbaycanlılar barədə məlumatların yayımlanmasının  ənənəvi xarakter almağına təkan verilib, fəal təbliğat işləri aparmaq üçün səylər göstərilib, Azərbaycanda demokratiyanın inkişafı sahəsində qazanılmış uğurların, respublikamızın iqtisadi inkişafının təbliğinə yönəlmiş informasiya kampaniyası keçirilib. Latviyanın focus.lv, latviannews.lv, freecity.lv saytlarında Azərbaycana aid məqalələr dərc edilib, Qarabağ  münaqişəsi, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında həqiqətlər, Bakı-2015 Avropa Oyunları ilə bağlı məlumat  Latviya ictimaiyyətinə çatdırılıb. Bundan başqa, Azərbaycan haqqında latış dilində videoçarx hazırlanıb. Təbliğat layihəsi tanınmış teleaparıcı Emin Musavinin iştirakı ilə həyat keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192

Oxşar yazılar