Avropa Oyunlarının məşəli Zərdab rayonundan sonra günün ikinci yarısında Tərtər şəhərinə gətirilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtərin Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Daha sonra 10 nəfər rayon sakini estafeti şəhərin mərkəzinə aparıb.
Məşəlçilər 4 kilometr məsafəlik yürüşü Heydər Əliyev prospektində milli liderin heykəli önündə başa çatdırıblar. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana məşəli alovlandırıb.
Birinci Avropa Oyunlarının çırağı yandırılaraq tərtərlilərə təqdim olunub.