Avropa Oyunlarında iştirak edəcək boksçularımızla görüş keçirilib
10 iyun 2015 12:30 (UTC +04:00)

Avropa Oyunlarında iştirak edəcək boksçularımızla görüş keçirilib

 

 

I Avropa Oyunlarında iştirak edəcək boksçularla görüş keçirilib.

 

Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov çıxış edərək, ölkəmizin tarixi hadisə ərəfəsində olduğunu deyib.

 

O, dövlət başçısı İlham Əliyevin idmana böyük diqqət ayırdığını vurğulayaraq, hər kəsin boksçularımızdan uğurlu nəticə gözlədiyini bildirib. Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun salamını çatdıran vitse-prezident oyunların Bakıda keçirilməsinin hər bir idmançının məsuliyyət hissinin artırmalı olduğunu vurğulayıb.

 

Millimizin baş məşqçisi Pedro Rok boksçularımızın yaxşı hazırlıq keçdiyini söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan seçmələri ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib.

 

Yığmamızın kapitanı, 2 qat dünya, Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval-ruhiyyənin olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335
avatar

Oxşar yazılar