
İngiltərə çempionatında YENİLİK
2019/20-cu il mövsümündə İngiltərə çempionatında yenilik tətbiq olunacaq.
APA-nın məlumatına görə, bu barədə qərarı yerli Futbol Assosiasiyası verib.
Belə ki, bəzi liqalarda vaxtla meydandan qovulma qaydasından istifadə olunacaq. Kənarlaşdırılan futbolçular “cəzalılar skamyası”nda əyləşib, cərimə vaxtı bitəndən sonra meydana qayıdacaq. Bu cəzalar hakimlərlə mübahisəyə görə veriləcək.
Bu yenilik kişilərin çempionatında 5-ci, qadınların yarışında 3-cü liqadan başlayıb, daha aşağı dəstələrə şamil olunacaq. Hakimlərin qərarına etiraz edənə sarı vərəqə veriləcək və referi onu “cəzalılar skamyası”na göndərəcək. Oyun ərzində iki dəfə ora göndərilən futbolçu meydandan birdəfəlik qovulacaq.
Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59