AFFA jurnalistlərə hörmətsizlik edən baş məşqçiləri niyə cəzalandırmadı?
22 may 2013 13:52 (UTC +04:00)

AFFA jurnalistlərə hörmətsizlik edən baş məşqçiləri niyə cəzalandırmadı?

AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında XXXII tur oyunundan sonra mətbuat konfransına gəlməyən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevlə onun “Bakı”dakı həmkarı Bojidar Bandoviçi cəzalandırmaqdan imtina edib. Lent.az-ın məlumatına görə, hər iki mütəxəssisə kəsilməli olan 1000 manatlıq cərimə komitənin qərarları sırasına daxil edilməyib.

 

Bu məqam qurumun baxdığı məsələlər siyahısında ümumiyyətlə yer almayıb. Halbuki İntizam Kodeksinə əsasən, mətbuat konfransına gəlməyən baş məşqçiyə 1000 manat cərimə kəsilməlidir.  

 

Əvəzində 60-cı dəqiqədə “Neftçi”nin futbolçusu Denis Silva Kruzun kobud oyunla əlaqədar birbaşa qırmızı vərəqə alması səbəbindən 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. 12, 37 və 79-cu dəqiqələrində “Neftçi” azarkeşləri pirotexniki vasitələrdən istifadə editdikləri və matçın 62-ci dəqiqəsində və matçdan sonra meydançaya kənar əşya atdıqları üçün klub daha 2000 manat ziyana düşüb. Flaqman azarkeşləri isə oyunun keçirildiyi “Bakcell Arena”da oturacaqları sındırıblar. Bu səbəbdən, klub stadion rəhbərliyinin dəymiş zərərə uyğun olaraq, təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir. “Bakı” isə 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb.

 

“Turan” və “Sumqayıt” da hərəyə 1000 manat cərimələnib. İki komanda arasındakı görüşdə “Sumqayıt”ın 5, “Turan”ın 4 futbolçusu sarı vərəqə alıb. 82-ci dəqiqədə isə “Sumqayıt”ın oyunçusu Taner Taktak idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

“Xəzər Lənkəran”la matçın 68-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Ramil Həşimzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu da futbolçuya 1 oyunluq cəza, kluba 200 manat cərimə bahasına başa gəlib.

# 491
avatar

Oxşar yazılar

Messi  sərvət xərclədi:   Görün nə aldı

Messi sərvət xərclədi: Görün nə aldı

2 may 2024 , 19:45
Tuxel Çempionlar Liqasını qazansa belə,  “Bavariya”dan gedəcək

Tuxel Çempionlar Liqasını qazansa belə, “Bavariya”dan gedəcək

2 may 2024 , 18:39
Maradonanın ölümü ilə bağlı YENİ FAKT

Maradonanın ölümü ilə bağlı YENİ FAKT

2 may 2024 , 17:33
PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23