“Mançester Yunayted”in ispan qapıçısı David de Xeanın karyerasını yenidən ölkəsində davam etdirə bilər. Lent.az-ın məlumatına görə, Madrid “Real”ı 24 yaşlı qolkiperi nəyin bahasına olursa-olsun, heyətinə qatmaq niyyətindədir.
2011-ci ildə “Mançester Yunayted”ə keçən De Xea “Atletiko”nun yetirməsidir. “Mankunianlar” İspaniya yığmasının üzvünü əldən buraxmaq istəmirlər. Onlar hətta De Xeanın məvacibini artırmağa da hazırdırlar.