UEFA Avropa liqasının qrup mərhələsində yeganə təmsilçimiz "Qarabağ"ın rəqibi olan hər iki komanda dünən 1/8 finalına vəsiqə qazanıb.
Lent.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın da mübarizə apardığı “F” qrupundan növbəti mərhələyə vəsiqə qazanan İtaliya “İnter”i ilə Ukrayna “Dnepri” play-off mərhələsində rəqiblərinə qalib gələrək növbəti mərhələyə çıxıblar.
İlk oyunda Şotlandiyanın “Seltik” klubu ilə qollu bərabərliyinə nail olan (3:3) “İnter” doğma meydanda rəqibini minimal hesabla məğlub edib (1:0).
“Dnepr” isə ilk oyunda doğma meydanda 2:0 hesabı ilə üstün olduğu Yunanıstan “Olimpiakos”u ilə öz meydanında heç-heçə edib və çox əziyyət çəkmədən ən güclü 16 komanda arasına qatılıb.
Xatırladaq ki, “F” qrupunun son oyununda “Qarabağ” - “İnter” matçının sonunda çexiyalı hakimi Miroslav Zelinkanın kobud səhvi ucbatından Ağdam klubunun təmiz qolu hesaba alınmamışdı. Bu ədalətsiz qərar "Qarabağ"ın növbəti mərhələyə vəsiqə qazanmasına əngəl olmuşdu.