Avropa Liqasının play-off mərhələsindəki təmsilçilərmiz “Qarabağ” və "Qəbələ" klublarının rəqiblərii müəyyənləşdi. Lent.az-ın məlumatına görə, Ağdam klubu İsveçrənin “Young Boys” klubu ilə qarşılaşacaq.
Bu mərhələdə digər təmsilçimiz “Qəbələ” isə Yunanısatanın “Panatinokos” klubu ilə gücünü sınayacaq. Komandalarımız bu turu da keçsə, Avropa Liqasının qrup mərhələsinə düşəcək.
Hər iki təmsilçimiz ilk oyunu avqustun 20-də səfərdə keçirəcək. İkinci oyunlar isə avqustun 27-də baş tutacaq.