![[b]Azərbaycanlı tanınmış məşqçinin səhhəti ağırlaşdı[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Azərbaycanlı tanınmış məşqçinin səhhəti ağırlaşdı[/b]
“Atamın vəziyyəti ağırlaşıb. Durumu yaxşı deyil”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib.
Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bir neçə gün öncə “Modern Hospital”a köçürülüb. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin durumunun getdikcə yaxşılaşacağı güman edilsə də, əksinə olub. Belə ki, təcrübəli məşqçinin vəziyyəti gündən-günə ağırlaşır.
Atasının durumu haqda danışan Rüstəm bunları deyib: “Həkimlər ümidverici bir söz demirlər. Əvvəlki günlərlə müqayisədə atamın vəziyyəti pisləşib. Durumunun ağırlaşması həm ürəyi ilə, həm də beynindəki şişlə əlaqədardı”.
Qeyd edək ki, fevralın 7-də infarkt keçirən Böyükağa Hacıyev təcili əməliyyata alınaraq, ürəyinə stend qoyulub.
Oxşar yazılar

Ronaldonun oğlu Portuqaliya millisinə çağırıldı
6 may 2025 , 20:52
Joze Mourinyoya Rusiyadan DƏVƏT: “Gəlməyə hazırdır”
6 may 2025 , 19:46
Aleks Ferqyuson bütün zamanların ən yaxşı futbolçusunu AÇIQLADI
6 may 2025 , 18:52
Porno aktrisadan "İnter"in ulduzuna ŞOK İTTİHAM
6 may 2025 , 15:06
Həbsdən qaçıb Azərbaycanda gizlənən mafioz çempion öldü
6 may 2025 , 11:52
"Çelsi"nin hücumçularından biri komandadan ayrılacaq
6 may 2025 , 10:14
PSJ “Real”ın hücumçusu ilə maraqlanır
5 may 2025 , 22:04