[b]Azərbaycanlı futbolçu 1 milyondan imtina elədi[/b]
06 fevral 2018 15:01 (UTC +04:00)

[b]Azərbaycanlı futbolçu 1 milyondan imtina elədi[/b]

Türkiyənin 2-ci liqasında mübarizə aparan “Karşıyaka” Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürova borcunu qaytarıb. Apasport.az saytının məlumatına görə, bu sözləri “Karşıyaka”nın vitse-prezidenti Gökhan Şensan deyib.

O, yerli mətbuata açıqlamasında bu gün Şükürovla görüşdüklərini və ortaq məxrəcə gəldiklərini bildirib.

Vitse-prezidentin sözlərinə görə, futbolçu 1,5 milyon lirəlik borcun 1 milyonundan imtina edib: “Biz də ona 500 min lirə ödədik. Əgər Şükürovla bu məsələdə razılığa gəlməsəydik, bizə qoyulan vaxt bu gün bitəcək və klubun 6 xalı silinəcəkdi. Onunla görüşərək, xal silinmə cazasından qurtulduq. Mahir Şükürova xoş niyyətli davranışına görə təşəkkür edirik. Bundan sonrakı idman həyatında ona uğurlar arzulayırıq. Klub rəhbərliyi qısa müddətdə böyük yükün altına girdi. Bunun öhdəsindən gəlməyə çalışırıq”.

Qeyd edək ki, Mahir Şükürov 2014-15 mövsümündə “Karşıyaka”nın heyətində 19 oyun keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

ApaSport TV

Oxşar yazılar